Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

#TrashTag layihəsi və onun ətraf-mühitə faydaları

Sosial media istifadəçiləri üçün sağlam bir təşviqat kampaniyası internet üzərindən yayılır. İlk dəfə 2015-ci ildə UCO şirkəti tərəfindən #TrashTag layihəsi yaradıldı. Trashtag lahiyəsinin 2015-ci ildə yaranmasına baxmayaraq Instagram, Reddit və Twitter istifadəçilərinin "dünyada daha yaxşı bir yer yaratmaq" adı altında edilən paylaşımları nəticəsində məşhurluq əldə etdi. Keçirilən kampaniya insanların tullantı dolu yerlərə getməsinə, zibilləri yığışdırmasına və sosial mediada hamin məkanların əvvəl və sonra şəkillərinin paylaşılmasına səbəb olmuşdur.

İndiyə qədər təkcə Instagram-da etiketlənən 26,000-dən çox paylaşım var və bununla bərabər saysız könüllülər dünyanın müxtəlif yerlərində parkları, yolları və çimərlikləri təmizləyiblər.

Image result for trash tag challenge

 

Bir qrup Kaliforniyadakı çimərliklərdən şüşə qabları və tullantıları, digər qrup Hindistanın Junagadh şəhərində yerli əhali tərəfindən atılan plastik tullantıları təmizləmişdir.

Dünya İqtisadi Forumunun 2016-cı ildə verdiyi hesabata görə, okeanlarımızda 150 milyon tondan çox plastik tullantı var. Həmçinin 2018-ci ildə İngiltərə hökumətinin hesabatında, dünya okeanlarının 2018 və 2025 illəri arasında tullantı sayının 3 dəfə artacağı bildirilmişdir. Trashtag dünyanın daha yaxşı və təmiz bir yer olmasını dəstəkləyən nadir və önəmli sosial media lahiyəsi ola bilər.

UCO-nun kiçik dizayn mühəndisi Craig Frazee deyir: "Əgər biz hamımız səy göstərsək bu lahiyənin inkişaf etməsinə böyük təsir edə bilərik. Bu lahiyə insanları ətraf mühitin qorumağa ilhamlandırmaq üçün gözəl bir addımdır."

Gəlin biz də ətrafımızda tullantılarla çirklənmiş əraziləri təmizləyib sosial mediada #TrashTag hashtag-i ilə paylaşaq və ətraf mühitin daha təmiz olmasında qatqımız olsun.

 

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin