Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Sandi Elenay: "Yer üzündə bütün insanları xoş, sağlam və gözəl görmək istəyirəm."

Bu gün ölkəmizin dünya ölkələri arasında tanınmasında gənclərimizin müstəsna rolu var. Budəfəki müsahibimizin qazandığı uğurlar kifayət qədər çoxdur. O, bu yaxınlarda Misirin paytaxtı Qahirədə keçirilən “Uptown Stars” musiqi müsabiqəsində 508 iştirakçı arasından final mərhələsinə qədər yüksəlməyi bacaran ilk həmyerlimizdir. 2018-ci ildə “Gənc ixtiraçı” elmi müsabiqəsində ikincilik qazanıb, rəsm, musiqi, şeir yazmaq kimi istedadları da dillər əzbəri olub. Onun ixtiraları və daha maraqlı məqamları özündən dinləyək.

 

sandi.png

Budəfəki müsahibimiz əslən azərbaycanlı olan, Misirdə yaşayan 14 yaşlı həmyerlimiz Sandi Elnenaydır.

- Sandini tanıyaq.

- Adım Sandidir, Sandi Elnenay. 14 yaşım var. Misirin paytaxtı Qahirə şəhərində anadan olmuşam. Burada yaşayırıq. Təhsilimi, digər bacarıqlarımı da Misirdə öyrənib təkmilləşdirmişəm. Ailədə dörd nəfərik, anam, atam və bir bacım.

Əslən Azərbaycanın hansı bölgəsindənsiniz?

- Mən özüm Misirdə dünyaya gəlsəm də, nənəm deyir ki, əslən Bakıdan, İçərişəhərdənik. Daha dəqiq desəm, kökümüz Ağşalvarlılardan gəlir. Amma mənim üçün bölgələrin fərqi yoxdur. Əsas odur ki, mən Azərbaycanlıyam. Bunu hər zaman hər yerdə deyirəm.

- Ailənizin Misirə gəlişi barədə məlumatınız varmı?

- Anam Sədaqət xanım Misirdə Azərbaycan diasporunun sədr müavinidir. Eyni zamanda, Qahirədəki “Ain Şəms” Universitetində Azərbaycan dilindən dərs deyir. Düşünürəm ki, karyera valideynlərimi buralara qədər gətirib. Mən özüm də diasporun fəal üzvüyəm.

- Azərbaycan dilini sərbəst danışa bilirsənmi?

- Bəli, əlbəttəki. Bundan başqa, mən daha yeddi dildə - Azərbaycan, ərəb, ingilis, fransız, çin, türk, rus dillərində fikrimi sərbəst ifadə edə bilirəm.

- Sənin çox istedadlı bir qız olduğunu dünya mətbuatından izləyirik. 

- Musiqini, rəsm çəkməyi sevirəm. Bu sahələr üzrə təhsil almışam. “Uptown Stars” talant şou müsabiqəsində iştirak etmişəm. 508 iştirakçı içərisində finalçı oldum. Azərbaycan musiqilərini həm dinləyirəm, həm də ifa edirəm. Eyni zamanda, idmanla məşğul oluram. Üzgüçülük üzrə Qahirədə klublarda keçirilən müsabiqələrdə 1, 2, 3-cü yerlərə layiq görülmüşəm.

2017-ci ildə fransız vəingilis dillərində yazdığım şeirlərim “İlin ən yaxşı” şeiri müsabiqəsindəqalib olub. “İntel İsef” elmi dünya müsabiqəsində isə səmimilik mükafatına layiq görülmüşəm. Yeri gəlmişkən, deyim ki, mən çox yaxşı şahmat oynaya bilirəm. 2016-cı ildə Bakı üzrə birincilik əldəetmişəm.

- Gələk sizin dünya mediasının diqqətini çəkən ixtiralarınıza. Fiziki qüsurlu insanlar üçün nəzərdə tutmuşdunuz? Bildiyim qədərilə, 2018-ci ildə “Gənc ixtiraçı elmi müsabiqəsində ikincilik qazanmısınız.

- Bəli, elədir. Fiziki qüsurlu insanlar üçün iki cihaz (robot maşın və Smart mute speaker device) hazırlamışam. Yer üzündə bütün insanları xoş, sağlam və gözəl görmək istəyirəm. İlk cihazım gözdən əlilliyi olan insanlar üçün nəzərdə tutulub. Bu cihaz robot maşındır. Distansion səsləndirmə iləi darə edilir.

Misirdə bu ixtiramın təqdimatını keçirdik. Ölkə üzrə gənc ixtiraçıların arasından mənim cihazım seçilərək ikinci yerə layiq görüldü. Hazırda hərbi cihazlar istehsal edən şirkətlərdən biri bu cihazla maraqlanır və mənimlə danışmaq istədiklərini deyiblər.

İkinci cihazımı isə nitq qabiliyyətini itirən insanlar üçün hazırlamışam. Cihazın beyninə xüsusi proqram yüklənib. Komandalar əsasında idarə edilir. Məsələn, müvafiq düymələri basmaqla ifadə etmək istədikləri cümlələri səsləndirə bilərlər. Bu cihazı həm də gələcəkdə təkmilləşdirməklə normal insanlar üçün tərcümə cihazı kimi istifadəyə verməyi düşünürəm.

Bununla xarici ölkələrə gedən zaman dil məsələsində heç bir çətinliyin olmayacağını düşünürəm. Bu cihaz Misirdə rəsmi şəxslərin diqqətini cəlb edə bilib. Cihazın ilk test istifadəsi də məhz Qahirə şəhərində nitq qabiliyyəti məhdud olan insanların mərkəzində aparılır.

Mənbə: oxu.az

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin