Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Marvel filmləri

Marvel son 10 il ərzində bizi ən populyar fantastik filmlərlə tanış etmişdir. Marvel filmlərini başa düşmək üçün müəyyən sıralama üzrə baxmaq lazımdır, çünki filmlər bir- biri ilə bağlıdır. Marvel 2008- ci ildə "Dəmir Adam" (İron Man) ilə başladı. Əlbəttə Marvel-in daha əvvəllər çəkilmiş filmləri var idi, amma heç birinin bir- biri ilə əlaqəsi yox idi. Amma Marvel "Dəmir Adam" (İron Man) ilə yeni və unudulmaz bir başlanğıca addım atdı. Baxmaq istəyənlərə məsləhətimiz: Marvel filmlərini 3 Fazaya bölüb baxa bilərsiniz. 

Birinci Faza : Dəmir Adam, İnanılmaz Hulk, Dəmir Adam 2, Tor, Kapitan Amerika: İlk Qisasçı və Qisasçılar 

Dəmir Adam ( İron Man) Tony Stark ilə tanışlığımız buradan başlayır. Bu film bizi 70 il əvvəl S.H.İ.E.L.D.- in yarandığı vaxtlara aparır.

İnanılmaz Hulk (The İncredible Hulk) Bu filmdə Hulk-ın hekayəsinin necə başladığı və bu xarakterin həyatından bir neçə ay izləyirik. Bir çox insanlar "The Incredible Hulk" filminin 2003-cü ildə çəkilmiş "Hulk" filminin davamı olduğunu düşünür, lakin bu belə deyil! 

Dəmir Adam 2 (İron Man 2) Tony Starkın hekayəsinin davamıdır. Lakin indi biz əsas personajla deyil, S.H.İ.E.L.D  ilə, yəni Natasha Romanoff - "qara dul" və Nick Fury  və həmçinin Howard Stark - Toninin atası ilə tanış oluruq.

Tor (Thor) Film bizi Asgard, Thor və Loki qardaşları və kainatın kosmik tərəfi ilə tanış edir. 

Kapitan Amerika: İlk Qisasçı (Captain America: The First Avenger) Bu film İkinci Dünya Müharibəsi ərəfəsində başlamışdır və Marvel haqqında ilk məlumatlar burada verilmişdir. Filmdə Marvel-in ilk super qəhrəmanı Kapitan Amerika və ilk Sonsuzluq Daşı ilə tanış oluruq. Ən əsası isə HYDRE təşkilatını tanıyırıq.

Qisasçılar (The Avengers) Yer görünməmiş bir təhlükə ilə üz-üzə gəlir, buna görə də S.I.E.L.D. Yeri qoruya biləcək bir qəhraman komandası toplayır. Daha əvvəl bütün yayımlanmış filmlər məhz bunun üçün düşünülmüşdür. Amma bu son yox, başlanğıcdır. Burada Birinci Faza sonlanır. 

İkinci Faza: Dəmir Adam 3, Tor 2: Qaranlıq Dünya, Kapitan America 2: Qış Müharibəsi, Qalaktika Mühafizəçiləri, Qisasçılar: Altron dövrü, Qarışqa Adam 

Qisasçılar: Altron dövrü (The Avengers: Age of Ultron) Yer daha böyük təhlükə altındadır, Qisasçılar yenidən bir araya gəlməlidir. Marvel- in bu filmində üç yeni Qisasçı ilə tanış oluruq: Mercury, Scarlet Witch və Vij. 

İkinci Fazanın son filmi Qarışqa Adam olur.

Üçüncü Faza: Kaptan Amerika: Vətəndaş Müharibəsi, Doktor Strenc, Qalaktika Mühafizəçiləri 2, Hörümçək adam: Evə Qayıdış, Тор: Raqnarok, Qara Pantera, Qisasçılar: Sonsuzluq savaşı, Qarışqa adam və Arı, Kapitan Marvel, Qisasçılar: Sonsuzluq Savaşı

Qisasçılar: Sonsuzluq Savaşı (The Avengers: Infinity War) Qisasçıların ən böyük düşməni Tanos Marvel-in bu filmində gücünü tam olaraq toplamağa çox yaxın olur. Buna görə də, Qisasçılar Tanosun bütün Sonsuzluq daşlarını ələ keçirməsinin qarşını almaq üçün Qalaktikanın muhafizəçiləri ilə birləşirlər. Bu müharibənin nəticəsini isə filmə baxıb öyrənə bilərik.

Mənbə: marvel.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin