Yükləmə linki SMS ilə göndərildi. Təşəkkür edirik

Maariflən

Kinomatoqrafiya tarixinin ən yaxşı 10 filmi

 

  1. Şouşenqdən qaçış (The Shawshank Redemption 1994)
  2. IMDB raiting: 9.3
  3.  
  4. Gənc və müvəffəqiyyətli bir bankir olan Andy Dufrein, həyat yoldaşı və onun sevgilisini öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib Şouşeng həbsxanasına göndərilir. İşgəncə, təcavüz və döyülmə də daxil olmaqla həbs cəzası şəraitində Andy'nin həmişə müsbət bir şey tapmağa çalışması onun ətrafında olan hər kəsə çox təsir edir. Bir müddətdən sonra bütün məhbuslar barmaqlıqlar arxasında da azad bir həyatin ola biləcəyinə inanır. Andy-nin bu məhbuslardan biri olan Red ilə həbsxanada möhkəm dostluq qurması filmdə tamamilə xüsusi bir yer tutur. Stephen King’in ən məşhur romanlarından birinin motivləri əsasənda çəkilən film, buraxıldığı ildə böyük bir müvəffəqiyyətə imza atdı və satış rekordlarını alt-üst etdi.

shawshank.jpg

Xaç atası (The Godfather 1972)
IMDB raiting: 9.2

Don Corleone'nin qızı Connie’nin toyunda, ailənin ən kiçik oğlu olan Michael atası ilə barışır. Sui-qəsd cəhdləri Don Corleone’ni artıq biznesi idarə edə bilməyəcək hala gətirir, Michael və qardaşı Sonny ailəyə başçılıq etməyə başlayır. Tom Hagen’in köməyi ilə digər ailələrə qarşı müharibə aparan Corleone ailəsi artıq köhnə metodları dəyişməyə başlayır. Francis Fordun ərsəyə gətirdiyi film, 40-cı və50-ci illərdə Amerikada yaşayan bir italyan mafiya ailəsinin epik hekayəsinə əsaslanır.

godfather.jpg

Qara cəngavər (The Dark Knight 2008)
IMDB raiting: 9.0

Batman bir cinayətə qarşı mübarizədə iştirak etməyə başlayır. Jim Gordon və vəkil Harvi Dentin köməyi ilə, şəhərin cinayət dolu küçələrini təmizləmək niyyətindədir. Əməkdaşlıq effektivdir, amma tezliklə onlar özlərini Joker adı altında vətəndaşların qorxulu röyası olan cinayətkarın yaratdığı xaosun ortasında tapacaqlar.

dark%20knight.jpg

Xaç atası 2 (The Godfather Part 2)
 IMDB raiting: 9.0

  1.  
  2. Gənc Vito Corleone Amerikaya gəlir. 1917-ci ildə Nyu-York şəhərində yerli mafiya liderini öldürüldüyü üçün böyük hörmət sahibi olur və rəqiblərini qorxuya salmağa başlayır.

godfather%202.jpg

Üzüklər kralı: Kralın qayıdışı (The Lord of the Rings: The Return of the King 2003)
IMDB raiting: 8.9

Trilogiyanın son hissəsi üzük hakimiyyətindən və aralıq torpaqları xilas etmək yükünü öz üzərinə götürən qəhrəmanlardan ibarətdir.

lord%20of%20rings-1.jpg

Pulp fiction (Pulp fiction 1994)
IMDB raiting: 8.9

Quentin Tarantinonun ən çox sevilən filmlərindən biridir. Ovçu Butch Coolidge şeytanla müqaviləni dayandırmağa qərar verir. Bir tərəfdən Honey Bunny və Pumpkin- gənc və kiçik quldurlar, digər tərəfdən, iki dayanıqlı gangster: Vinsent Vega və Jules gündəlik işlərindən biri kimi bosslarına ödənişi gecikdirən bir neçə gənc oğlanı təqib etməyə davam edirlər.

pulp%20f.jpg

Şindlerin siyahısı (Schindlers list 1993)
IMDB raiting: 8.9

Film İkinci Dünya Müharibəsi dövründə təxminən 1200 yəhudi xilas edən Nazi Partiyasının üzvü, müvəffəqiyyətli bir fabrik sahibi olan sirli Oscar Schindlerin əsl həyatından bəhs edir.

shindler.jpg

12 Əsəbi insan (12 Angry Men 1957)
IMDB raiting: 8.9

  1. Gənc adam öz atasını öldürməkdə günahlandırılır, elektrik stulunda edama məhkum edilir. On iki nəfərdən ibarət münsiflər heyəti hökm verəcək: o günahkardır və ya günahsızdır. Yığıncağın əvvəlindən hər kəs onun günahkar olduğuna inanırdı və yalnız onlardan biri günahsız olduğundan şübhələndi. Bu münsiflər "günahkar - günahkar deyil" sorğusunda cavabları 11: 1 idi. Görüşün sonunda hakimlərin fikirləri ciddi şəkildə dəyişdi.

12%20angry.jpg

Döyüş klubu (Fight Club 1999)
IMDB raiting: 8.8

Bir avtomobil şirkətində işləyən gənc və yuxusuzluq xəstəliyindən əziyyət çəkən Edvard bir terapiya qrupunda iştirak edir və özünü onlardan biri kimi göstərir. Bu ona daxili bir rahatlama verir. İşgüzar səfərdən qayıdan zaman evi partlayışda yanır. Daha sonra, barda başlayan döyüş macərası bir kluba çevrilir və küçələrə yayılır.

fight%20club.jpg

Üzüklər kralı: Üzük qardaşlığı (The Lord of the Rings: The Fellowship of the ring 2011)
IMDB raiting: 8.8

  1. srlər boyu itkin olan bir üzük var və taleyinin qəribə bir ironiyası nəticəsində Hobbit Frodonun əlinə keçir. Yaşlı Qəndalf bu üzüyün Qara Lord Sauronun xüsusi bir üzük olduğunu anlayır. Frodonun vəzifəsi epik bir mübarizəyə başlamaq və bu üzüyü sonsuza qədər aradan qaldırmaqdır.

lord%20of%20rings.jpg

 

Mənbə: imdb.com

Şərh yaz (0)

Şərh yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin

GəncOL tarifinə qoşulmaq üçün daxil olun və qeydiyyatdan keçin